Beynəlxalq akademik əməkdaşlıq və keyfiyyətli tibbi təhsil: - ATU-nun SDG 4 və SDG 17-yə töhfəsi

Hit: 180
Beynəlxalq akademik əməkdaşlıq və keyfiyyətli tibbi təhsil: - ATU-nun SDG 4 və SDG 17-yə töhfəsi
Qazaxıstan Respublikasının Karaqanda Tibb Universitetinin 7 nəfər VI kurs tələbəsi Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasında klinik təcrübə keçib.
 
Akademik mobillik proqramı çərçivəsində tələbələr uşaq cərrahiyyəsi sahəsində klinik bilik və bacarıqlarını təkmilləşdirmək, praktiki təcrübələrini zənginləşdirmək və müasir tibbi yanaşmalarla tanış olmaq imkanı əldə ediblər.
 
Tələbələrin klinik təcrübədə iştirakı nəzəri biliklərin praktikada tətbiqinə, peşəkar bacarıqların inkişafına və keyfiyyətli tibbi təhsilin təşviqinə şərait yaratmaqla, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən SDG 4 – Keyfiyyətli təhsil məqsədinə töhfə verir. Eyni zamanda, Azərbaycan və Qazaxıstanın ali tibb təhsili müəssisələri arasında akademik əlaqələrin möhkəmləndirilməsi, tələbə mobilliyinin təşviqi və təcrübə mübadiləsinin genişləndirilməsi SDG 17 – Məqsədlər naminə tərəfdaşlıqlar məqsədinin prinsiplərinə uyğundur.
 
Azərbaycan Tibb Universiteti beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə, tələbə mobilliyinin təşviqinə və xarici universitetlərlə təcrübə mübadiləsinin inkişafına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər gələcək tibb mütəxəssislərinin peşəkar hazırlığının gücləndirilməsinə, tibbi təhsilin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq akademik tərəfdaşlıqların inkişafına xidmət edir.






Redaktorun seçimi