Anar Tağıyev Dəlləklər kəndində səyyar qəbul keçirib

Hit: 164
Anar Tağıyev Dəlləklər kəndində səyyar qəbul keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, onları narahat edən məsələlərin öyrənilməsi və qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə Dəlləklər kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, eləcə də Dəlləklər kəndinin sakinləri iştirak ediblər.
 
Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, onların təklif və problemləri diqqətlə nəzərdən keçirilib. Səsləndirilən məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul çərçivəsində ölkədə həyata keçirilən rəqəmsal transformasiya prosesi və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın əhəmiyyəti barədə də sakinlərə məlumat verilib.
 
Bildirilib ki, rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi vətəndaşların dövlət xidmətlərindən daha rahat, çevik və şəffaf şəkildə yararlanmasına geniş imkanlar yaradır. Bu baxımdan “Rəqəmsal İcra Hakimiyyəti” portalı və “mygov” platforması vasitəsilə təqdim olunan elektron xidmətlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Sakinlərə dövlət xidmətlərindən məsafədən və operativ şəkildə istifadə imkanlarını genişləndirən “Rəqəmsal İcra Hakimiyyəti”, “mygov” və “SİMA” kimi rəqəmsal platforma və tətbiqlərdən fəal yararlanmaları tövsiyə olunub.






Redaktorun seçimi