ADAU-da SİP 2026–2030-un tətbiqi üzrə yeni mərhələyə start verilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Strateji İnkişaf Planının (SİP) 2026–2030-cu illər üzrə yeni çağırışlara uyğun hazırlanması və effektiv tətbiqi istiqamətində təlimlərə başlanılıb.
Aqronomluq fakültəsində keçirilən ilk təlim çərçivəsində Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri Rəfiqə Niftəliyeva fakültə və kafedraların strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, fəaliyyətlərin nəticəyönümlü planlaşdırılması, əsas fəaliyyət göstəricilərinin (KPI) formalaşdırılması, monitorinq, qiymətləndirmə və hesabatlılıq mexanizmləri barədə məlumat verib, praktiki nümunələr təqdim edib.
Təlimdə çıxış edən ADAU-EGE İkili diplom proqramnın rəhbəri Lamiyə Quliyeva təlimlərin əsas məqsədinin SİP 2026–2030-un yeni yanaşmalarının universitetin struktur bölmələrində effektiv tətbiqini təmin etmək, strateji məqsədləri konkret fəaliyyətlər və ölçülə bilən nəticələrlə əlaqələndirmək olduğunu deyib.
Yeni strateji inkişaf planı çərçivəsində struktur bölmələrin fəaliyyətinin daha sistemli planlaşdırılması, nəticələrin ölçülməsi və əldə olunan göstəricilərin davamlı monitorinqi nəzərdə tutulur.
SİP 2026–2030 ADAU üçün yalnız strateji sənəd deyil, davamlı inkişafın, nəticəyönümlü idarəetmənin və keyfiyyətin yüksəldilməsinin mühüm mexanizmidir.




































































