BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub

Hit: 271
BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Zəfərin 6-cı ili: postmüharibə dövründə bərpa və inteqrasiya prosesi” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Dekan bildirib ki, azad olunmuş ərazilərdə həyata keçirilən layihələr yalnız infrastrukturun deyil, insanların sosial və mənəvi həyatının bərpasına da xidmət edir.
Daha sonra postmüharibə dövründə bərpa və cəmiyyətə inteqrasiya, eləcə də bu prosesdə sosial işin təşkili məsələləri ətrafında müzakirələr aparılıb. Çıxışlarda sosial işçilərin müxtəlif sosial qruplara dəstək göstərməsi, psixososial reabilitasiyanın həyata keçirilməsi və icma səviyyəsində inteqrasiyanın təmin olunmasında mühüm rolu xüsusi vurğulanıb.
 
Tədbirdə “Sosial iş” ixtisası üzrə təhsil alan III kurs tələbələri Türkan Rüstəmova, Nurlan Nurulu, Nərmin Məmmədova və Səbinə Rəsulova çıxış ediblər. Tələbələr çıxışlarında təhlükəsizlik və infrastruktur, ərazilərin minalardan təmizlənməsi, enerji və su təchizatının bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına təhlükəsiz qayıdışı və məşğulluq imkanlarının yaradılması məsələlərinə toxunublar.
 
Tələbələr, həmçinin, postmüharibə dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən reinteqrasiya siyasəti çərçivəsində şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edən videotəqdimatlar nümayiş etdiriblər.
 
Tədbir mövzu ətrafında fikir mübadiləsi və tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.






Redaktorun seçimi