Sosial Xidmət Mərkəzlərində xidmət alan əlilliyi olan uşaqlar üçün növbəti master-klaslar təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərində xidmətlərdən yararlanan əlilliyi olan uşaqlar üçün master-klaslar keçirilib.
Benefisiarların sosial bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil edilən master-klaslar zamanı uşaqlar müxtəlif kompozisiyalar, rəngləmə və əl işləri hazırlayıblar.
Yaradıcılıq prosesində uşaqların xırda motorika, diqqət, təxəyyül və özünüifadə bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlara üstünlük verilib.
Təşkil edilən master-klaslar uşaqların yaradıcı potensialının üzə çıxarılmasına, sərbəst seçim etmə və özünüifadə bacarıqlarının, eləcə də xırda motorika və diqqət davamlılığının inkişafına töhfə verib.






























































