“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirildi

Hit: 278
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Neftçala rayonunun   Kürkənd kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində Qanunvericiliyin tətbiqi və dayanıqlı inkişaf prinsipləri” mövzusunda  növbəti ictimai maarifləndirici tədbir keçirildi.
 
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq Azərbaycanda şəhərsalma və memarlıq fəaliyyətinin əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri, Dövlət Şəhərsalma Normaları və Qaydaları, Ekoloji və Enerji Səmərəliliyi Normaları ilə tənzimlənməsi, müasir şəhərsalma siyasətində dayanıqlı
 inkişafın əsas prinsipləri olan Ekoloji Dayanıqlılıq (Yaşıl Artım), Su İdarəçiliyi, Polisentrik Şəhər Modeli və Kompaktlıq, Sosial Bərabərlik və İnklüzivlik,  İqtisadi Səmərəlilik və Rəqəmsallaşma, Mədəni İrsin Qorunması barədə geniş məruzə edərək yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
 
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq və tikinti məsələləri sektoru, şöbə müdirinin müavini-sektor müdiri (baş memar) Dilavər Əliyev çıxışında Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları, 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı barədə qanunvericiliyin tələblərini izah edərək tikinti norma və qaydalarına əməl edilməklə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini diqqətə çatdırdı. Eyni zamanda qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililər olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verdi.
 
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.






Redaktorun seçimi