Şəhid Sadiq Vəliyevin növbəti ildönümündə ailəsi ziyarət olunub
Xosrov kəndində 44 günlük Vətən müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun növbəti ildönümü qeyd olunub.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İsmayıl Yusifzadə və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


































































