Kommunikasiya üzrə İşçi Qrupun Qarabağ Universitetində görüşü keçirilib

Hit: 169
Kommunikasiya üzrə İşçi Qrupun Qarabağ Universitetində görüşü keçirilib
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.
 
Görüş zamanı İşçi Qrupun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq və minatəmizləmə işləri, iqtisadi canlanma, məşğulluq, dayanıqlı məskunlaşma, təhsil imkanları və regionda formalaşan yeni həyat barədə kommunikasiya fəaliyyətinin əsas istiqamətləri diqqətə çatdırılıb.
 
Tələbə və inflüenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarında hazırladıqları kontentlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, regionda həyatın bərpasını, insanların gündəlik yaşamını, uğur hekayələrini və yaradılan yeni imkanları əks etdirən yaradıcı və səmimi məzmunlar görülən işlərin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
 
Görüşdə tələbə və inflüenserlər tərəfindən yeni təşəbbüs və təkliflər səsləndirilib, onların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi