82 kiloqram işlənmiş batareya toplanaraq təhvil verilib
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 82 kiloqram işlənmiş batareya toplanaraq təhvil verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində ekokönüllülər tərəfindən
"Bank Respublika"nın baş ofisindən;
“Araz” supermarketlər şəbəkəsinin Statistika filialından
"Bravo" supermarketlər şəbəkəsin Gənclik və Koroğlu filiallarından
ümumilikdə 82 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının düzgün toplanması və təhlükəsiz şəkildə zərərsizləşdirilməsini təmin etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların idarə olunması sahəsində məlumatlılığının artırılması və ekoloji məsuliyyətli davranışların təşviq edilməsidir.




































































