Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Hit: 152
Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 5-də Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
 
Dövlət Komitəsindən Faktor.az-a verilən məlumata görə, görüş saat 11:00-da Kürdəmir şəhəri, Bakı prospekti, 394 ünvanında keçiriləcək.
 
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dinləmədə iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinə (əlaqə vasitələri: (024) 278 45 03, (050) 211 68 89, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.






Redaktorun seçimi