Şəhid anaları xəstəxanada ziyarət olunublar
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və İcra Hakimiyyəti başçısının müavinləri Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə olunan şəhid Həsən Həsənovun anası Məryəm Həsənovanı və şəhid Ramil Əliyevin anası Xuraman Əliyevanı ziyarət ediblər.
Ziyarət zamanı İlqar Abbasov hər iki şəhid anasının səhhəti, aparılan müayinələrin nəticələri və müalicə prosesi ilə maraqlanıb, onların tezliklə şəfa taparaq sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.





































































