“Sağlam genofondun qorunmasında reproduktiv sağlamlığın rolu”

Hit: 173
“Sağlam genofondun qorunmasında reproduktiv sağlamlığın rolu”
Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin dəstəyi ilə Xıllı Ailə Sağlamlıq Mərkəzində “Sağlam genofondun qorunmasında reproduktiv sağlamlığın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, səhiyyə işçiləri, psixoloqlar və valideynlər iştirak ediblər.
 
Çıxışlar zamanı sağlam genofondun formalaşması və qorunmasında reproduktiv sağlamlığın müstəsna əhəmiyyəti, nigahdan əvvəl tibbi müayinələrin vacibliyi və irsi xəstəliklərin qarşısının alınması yolları barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, reproduktiv sağlamlığın qorunması təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin və gələcək nəsillərin fiziki və mənəvi sağlamlığının təməl daşıdır.
 
Bununla yanaşı, vaxtında aparılan profilaktik müayinələrin, anadanolma və uşaqsağlığının qorunmasının əhəmiyyəti vurğulanıb, cəmiyyətin davamlı inkişafında sağlam ailə modelinin mühüm rol oynadığı qeyd edilib. Həmçinin gələcək valideynlərə məsuliyyətli valideynlik, zərərli vərdişlərdən çəkinmə və reproduktiv dövrdə düzgün tibbi nəzarətin təşkili ilə bağlı tövsiyələr verilib. Qeyd olunub ki, bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi, səhiyyə müəssisələrində mütəmadi görüşlərin təşkili və ictimai nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
 
Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi