Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan “İdarə, müəssisə və təşkilatların payız-qış mövsümünə hazırlığının vəziyyəti barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun, ikinci məsələ olan “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq Nəsimi, Amankənd, Əsgərabad, Çaylı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində perspektiv iş planlarındakı məsələlərin müzakirəsinin və sənədləşmə işlərinin vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-sektor müdiri Fəxri Rəhimlinin hazırladıqları arayışılar dinlənilib.
İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov bu məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edili





































































