Dövlət qulluqçuları üçün təlimlər keçirilib

Hit: 161
Dövlət qulluqçuları üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən  23-25 sentyabr 2026-ci il tarixlərində Salyan rayonunda dövlət qulluğunun təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkar inkişafına dəstək məqsədilə “”Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib. 
 
Təlimlər zamanı dövlət qulluqçularının effektiv ünsiyyət qurmaq, vakant inzibati vəzifələrin idarə olunması, iş prosesində motivasiyanın artırılması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və peşəkar fəaliyyətin səmərəli təşkili ilə bağlı bilik və bacarıqları artırılıb.Həmçinin mövzulara dair praktik nümunələr əsasında müzakirələr aparılmaqla suallar cavablandırılıb.






Redaktorun seçimi