QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib
Gənclər və İdman Nazirliyində QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib.
İnfosessiyada Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, QHT Agentliyinin Ekspertiza və tərəfdaşlarla iş şöbəsinin müdiri Fuad Rzazadə və digər məsul şəxslər iştirak ediblər.
Toplantıda birgə qrant müsabiqəsi ilə bağlı suallar cavablandırılıb, iştirakçılara müvafiq izahlar verilib. İnfosessiyada 50-yə yaxın QHT nümayəndəsi iştirak edib.
Xatırladaq ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabrın 10-da başlanılıb. Müraciət üçün son tarix 1 oktyabrdır. Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təklifləri ekspertizadan keçiriləcək, layihələr təhlil olunacaq, qaliblər müəyyənləşdiriləcək və nəticələr açıqlanacaq.































































