Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

Hit: 171
Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında keçirilən qəbul zamanı vətəndaş Türyançay çayında sel suları nəticəsində yaşayış evinə zərər dəyməsi təhlükəsinin qarşısının alınması məqsədilə bəndvurma işlərinin aparılması ilə bağlı müraciət edib.
 
Vətəndaşın müraciətinə operativ şəkildə baxılması məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aidiyyəti qurumların nümayəndələri ilə birgə  sözügedən əraziyə yerində baxış keçirib.
 
Mövcud vəziyyət araşdırılıb və məsələnin həlli ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
 
Vətəndaş göstərilən operativ münasibətə görə minnətdarlığını bildirib.






Redaktorun seçimi