Türkiyəli professor ATU-da üzvi kimya üzrə mühazirə oxuyub

Hit: 177
Türkiyəli professor ATU-da üzvi kimya üzrə mühazirə oxuyub
Türkiyənin Tokat Qazi Osmanpaşa Universitetinin professoru Esra Koç akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olub. 
 
Səfər çərçivəsində türkiyəli professor ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının professor-müəllim heyəti və tələbələri üçün üzvi kimya mövzusunda mühazirə ilə çıxış edib. 
 
Mühazirə zamanı üzvi kimyanın müxtəlif istiqamətləri, sahə üzrə aktual elmi məsələlər və müasir yanaşmalar barədə ətraflı məlumat verilib. Təqdimatın ardından iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. 
 
Görüş akademik mübadilə və elmi əməkdaşlığın inkişafı baxımından da əhəmiyyət daşıyıb. Qeyd olunub ki, bu cür proqramlar ali təhsil müəssisələri arasında akademik mobilliyin təşviqinə, elmi əlaqələrin genişləndirilməsinə, professor-müəllim heyəti və tələbələrin bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə imkan yaradır.






Redaktorun seçimi