Şəhid ailələri ziyarət edilir

Hit: 174
Şəhid ailələri ziyarət edilir
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
 
Ziyarət zamanı 44 günlük Vətən müharibəsində şəhid olmuş Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun, Rustamov Ruslan Nüsrət oğlunun, Qasımov Elman Yunis oğlunun, Qasımov Həsən Şöhrət oğlunun və Mirzəyev Məsud Fazil oğlunun ailə üzvləri ilə görüşlər keçirildi.
 
Görüşlərdə şəhidlərin Vətənin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunub, onların əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulandı. Ailələrin sosial-məişət şəraiti və qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənildi.
 
Bildirildi ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən tədbirlər onların rifahının yaxşılaşdırılmasına və qarşılaşdıqları məsələlərin həllinə yönəlib.
 
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
 
Hacıqabul rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətləri aidiyyəti üzrə araşdırılır və həlli istiqamətində müvafiq tədbirlər görülür.






Redaktorun seçimi