Ağacəkmə aksiyası keçirilib
Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıq ərazilərinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, idarə-müəssisə rəhbərləri könüllülər, iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağac və kol tingləri əkilib, yaşıllıq sahələrində abadlıq və təmizlik işləri aparılıb. İştirakçılar tərəfindən ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yaşıllıqların qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ağacəkmə aksiyası “Şəhərsalma və Memarlıq İli”nin məqsəd və məramına uyğun olaraq yaşıllıqların artırılması, ətraf mühitin qorunması və sağlam ekoloji mühitin formalaşdırılmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, tərtib edilmiş tədbirlər planına uyğun olaraq Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər ilboyu davam etdiriləcəkdir.





























































