Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

Hit: 181
Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
“27 Sentyabr – Anım Günü” ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinin üzvləri ilə birgə Qovlar şəhəri, Ağdam, Vahidli, Qəribli, Yanıqlı, Düz Qırıqlı və Əyyublu kəndlərində yerləşən şəhid məzarlarını ziyarət ediblər.
 
Şəhidlərin məzarlar üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub, onların qəhrəmanlığı və əbədiyaşar xatirələri qarşısında dərin hörmət və minnətdarlıq ifadə olunub. 
 
Ziyarət zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb. Görüşlərdə şəhidlərimizin şərəfli irsinin qorunmasının və adlarının gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
 
Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya daim göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.






Redaktorun seçimi