Qanvermə aksiyası keçiriləcək

Hit: 186
Qanvermə aksiyası keçiriləcək
“27 sentyabr – Anım Günü”nə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyasının növbəti ünvanı Şəki-Zaqatala bölgəsi olub.
 
KOBİA və İCMA-nın birgə təşkilatçılığı, Marsol Group, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiya çərçivəsində Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən Marsol Region partnyorları, şirkət əməkdaşları və yerli sakinlər qanvermə aksiyasına qoşularaq xeyirxah təşəbbüsə öz dəstəklərini göstəriblər.
 
Könüllü qanvermə zamanı donorların sağlamlıq vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb və müvafiq tibbi müayinədən sonra qan götürülüb.






Redaktorun seçimi