Şəhidimiz İqbal Rzayevin ildönümü qeyd olunub

Hit: 182
Şəhidimiz İqbal Rzayevin ildönümü qeyd olunub
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ bölgəsində  keçirilən antiterror tədbirləri nəticəsində şəhadətə yüksələn Ağdaş şəhər sakini Rzayev İqbal İlham oğlunun növbəti ildönümü qeyd olunub.
 
İldönümündə Ağdaş Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müharibə iştirakçıları və şəhid ailələri iştirak edib.
 
Ehsan süfrəsi arxasında antiterror əməliyyatının gedişi zamanı şəhidlik zirvəsinə ucalan soydaşlarımızın şücaəti barədə söhbət açılıb, qazanılan möhtəşəm Qələbədə onların fədəkarlığının mühüm əhəmiyyətə malik olduğu bildirilib, xatirələri ehtiramla anılıb, ruhlarına  dualar oxunub.
 
Qeyd edək ki, şəhid İqbal Rzayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Redaktorun seçimi