Saatlıda vətəndaş qəbulu keçirilib

Hit: 160
Saatlıda vətəndaş qəbulu keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov budəfəki vətəndaş qəbulunu Saatlıda keçirib. 
 
Saatlı ilə yanaşı, Sabirabad rayonunun sakinlərinin də iştirak etdiyi qəbulda 20-yə yaxın imtiyazlı şəxs iştirak edib. 
 
İştirakçılar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər. Hər bir müraciət qeydiyyata alınıb və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıq verilib. 
 
Mənzil, avtomobil, sanatoriya-kurort yollayışları ilə təminat və digər sosial məsələlərlə bağlı müraciəti olan hər bir imtiyazlı vətəndaş qəbullarda iştirak edə bilərlər. Bunun üçün Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng etmək, [email protected] elektron poçt ünvanına məktub göndərmək, yerli filiala yaxınlaşmaq, həmçinin sosial şəbəkə hesablarına müraciət etmək mümkündür.






Redaktorun seçimi