Novxanı sahilində təmizlik aksiyası keçirilib

Hit: 170
Novxanı sahilində təmizlik aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyası Xəzər dənizinin Novxanı sahilində keçirilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, ekokönüllülər, Baku Marriott Hotel Boulevard, Sheraton Intourist, Courtyard by Mariott Baku, The Merchant, BTG19, JW Marriott vəThe Ritz-Carlton Baku otellərinin əməkdaşları iştirak ediblər.
 
Tədbir çərçivəsində sahil zolağından 200 kiloqrama yaxın müxtəlif növ tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Ətraf mühitin mühafizəsi, sahil ərazilərinin təmizliyinin qorunması və tullantıların düzgün idarə olunması istiqamətində bu cür təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
 
Ekoloji aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə tərəfdaşlara, könüllülərə və iştirakçılara təşəkkür edir, hər kəsi məsuliyyətli ekoloji davranış mədəniyyətinin nümayiş etdirilməsi istiqamətində fəal olmağa çağırırıq.






Redaktorun seçimi