“Xəzəri Qoruyaq!” təmizlik aksiyası davam edir
Növbəti “Xəzəri Qoruyaq” təmizlik aksiyası Xəzər dənizinin Sumqayıt sahilində keçirilib. Aksiya çərçivəsində könüllülərin iştirakı ilə 4 hektar sahil ərazisi tullantılardan təmizlənib. Ümumilikdə 550 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
“Xəzəri Qoruyaq!” sahilyanı təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, dövlət və özəl təşkilatların tərəfdaşlığı ilə Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsini və vətəndaşlar arasında ekoloji məsuliyyətin təşviqini hədəfləmək məqsədilə həyata keçirilir.



























































