BDU-da yeni tədris ili başlayıb

Hit: 154
BDU-da yeni tədris ili başlayıb
Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ili başlayıb.
 
Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Faktor.az-a bildirilib ki, BDU-da ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
 
2026/2027-ci tədris ilində BDU-da 76 ixtisas, 239 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.
 
Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 21977 tələbə təhsil alır. Onlardan 6852 nəfəri kişi, 12125-i qadındır. Tələbələrdən 12708-i humanitar, 9269-u təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 15220-si dövlət sifarişi əsasında, 6757-si nəfəri ödənişli əsaslarla oxuyur.
 
Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 4911 nəfər qəbul olunub. Onlardan 3487 nəfəri dövlət sifarişli, 1424 nəfər ödənişli əsaslarla təhsil alacaq.
 
2026/2027-ci tədris ilində BDU-nun magistraturasında 2573 tələbə təhsil alır. Onlardan 849-u kişi, 1723-ü qadındır. BDU-nun magistrantlarının 1825 nəfəri dövlət sifarişi əsasında, 748 nəfəri ödənişli əsaslarla təhsil alır.
 
BDU-da ötən tədris ilindən başlayaraq bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd verilir. Magistratura səviyyəsi üzrə dövlət təhsil proqramlarının yenilənməsi həyata keçirilib, bu tədris ilindən magistraturaya qəbul olunan tələbələr həmin proqramlar əsasında təhsil alacaqlar.
 
2026/2027-ci tədris ilindən BDU-da bakalavriat səviyyəsi üzrə yeni “Regionşünaslıq (Afrika üzrə)” ixtisası açılıb. Tarix fakültəsində ilk dəfə olaraq bu ixtisas üzrə kadr hazırlığına başlanılacaq. Magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılıb.






Redaktorun seçimi