Abşeron Olimpiya İdman Kompleksi ilə tanışlıq olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzinin benefisiarları üçün Abşeron Olimpiya İdman Kompleksinə ekskursiya təşkil edilib.
Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbir çərçivəsində qonaqlar Kompleksin infrastrukturu ilə tanış olub, gimnastika, trenajor, taekvondo və üzgüçülük zalları, həmçinin futbol meydançasına baxış keçiriblər.
Sonra ekskursiya iştirakçıları yaş və imkanları nəzərə alınmaqla müxtəlif idman məşğələləri, əyləncəli oyunlar və yarışlara cəlb olunublar.
Tədbirin məqsədi uşaqların idmana marağının artırılması, fiziki aktivliyə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosiallaşma və ünsiyyət bacarıqlarının dəstəklənməsidir.



























































