Peşə Təhsili üzrə Dövlət Agentliyində könüllülərlə görüş keçirilib
23 iyul–11 sentyabr tarixlərində “Bir Könüllü” İctimai Birliyinin və peşə təhsili müəssisələrinin tələbələri Agentlikdə könüllülük fəaliyyəti həyata keçiriblər.
Könüllülər tələbə qəbulu və müəllimlərin işə qəbulu müsabiqələri ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması prosesində dəstək göstəriblər.
Fəaliyyətin yekunu olaraq keçirilən görüşdə könüllülərə göstərdikləri dəstəyə görə təşəkkür bildirilib, Təşəkkürnamə ilə təltif olunublar.



























































