“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

Hit: 272
“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.

Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir.

Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər.

Yaş qrupları:

6–10 yaş – kiçik yaş qrupu

11–13 yaş – orta yaş qrupu

14–18 yaş – yuxarı yaş qrupu

Tədris prosesi onlayn formatda təşkil olunacaq. Dərslər 25 sentyabr 2026-cı il tarixindən başlayacaq və həftədə iki dəfə keçiriləcək. Tədris təcrübəli müəllimlər tərəfindən interaktiv və iştirakçıların yaş xüsusiyyətlərinə uyğun metodlarla həyata keçiriləcək.

Tədris proqramı Azərbaycan dili üzrə başlanğıc, orta və yüksək səviyyələr üzrə hazırlanıb. İştirakçıların qruplara düzgün bölüşdürülməsi zamanı onların yaşları, dil bilikləri və yaşadıqları ölkələrin vaxt zonaları nəzərə alınacaq.

Qeydiyyatdan keçən iştirakçılar Azərbaycan dili üzrə bilik səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə əvvəlcədən təşkil olunacaq qısa dil yoxlamasından keçəcəklər.

Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun sertifikat təqdim olunacaq.

Xaricdə yaşayan və övladlarının Azərbaycan dilini öyrənməsini, ana dili ilə bağlarını qorumasını və Azərbaycanla əlaqələrini möhkəmləndirməsini istəyən valideynlər layihədə iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/o6MYvWZJjc9ywj7g9







Redaktorun seçimi