“Xəzəri Qoruyaq!” genişmiqyaslı sahilyanı təmizlik aksiyası təşkil ediləcək

Hit: 164
“Xəzəri Qoruyaq!” genişmiqyaslı sahilyanı təmizlik aksiyası təşkil ediləcək
19 sentyabr tarixində Bakıda “Xəzəri Qoruyaq!” genişmiqyaslı sahilyanı təmizlik aksiyası təşkil ediləcək.
 
Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası çərçivəsində təşkil olunacaq aksiya ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramı və “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək. Aksiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR dəstək göstərəcək, “Coca-Cola” və “Carlsberg Azerbaijan”, Mcdonald's Azerbaijan şirkətləri isə tərəfdaş qismində qoşulacaq.
 
“Xəzəri Qoruyaq!” aksiyası ənənəvi olaraq hər il Xəzər sahillərinin tullantılardan təmizlənməsi ilə yanaşı, ətraf mühitin qorunmasına diqqətin artırılmasını və vətəndaşlar arasında ekoloji məsuliyyətin təşviqini hədəfləyir.






Redaktorun seçimi