Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin məzunları ilə görüş keçirili

Hit: 157
Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin məzunları ilə görüş keçirili
Yüksək bal toplayaraq ali məktəblərə qəbul olan Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin məzunları ilə görüş keçirilib. 
 
Görüşdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb direktorları və məzunlar iştirak ediblər.
 
Tədbirdə çıxış edən Ramiz Həsənov məzunları yüksək nəticələri münasibətilə təbrik edərək, onların qazandığı uğurun həm özləri, həm də Zəngilan təhsil ictimaiyyəti üçün böyük qürur mənbəyi olduğunu bildirib. İcra başçısı gənclərə ali təhsil həyatında uğurlar arzulayıb və gələcəkdə əldə etdikləri bilik və bacarıqları ölkəmizin inkişafına yönəltməyin vacibliyini vurğulayıb.
 
Fuad Bədəlov çıxışında yüksək nəticə göstərən məzunların uğurunu ölkədə həyata keçirilən məqsədyönlü işlərin mühüm göstəricisi kimi dəyərləndirib. İdarə müdiri məzunlara yeni təhsil mərhələsində uğurlar arzulayaraq, onların gələcək nailiyyətlərinin də böyük qürur hissi ilə izləniləcəyini qeyd edib.
Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev isə məruzə ilə çıxış edərək məzunların əldə etdiyi nəticələrin onların əzmkarlığının, müəllimlərin fədakar əməyinin və valideynlərin dəstəyinin uğurlu nəticəsi olduğunu bildirib. Məzunlara qarşıdakı illərdə də daim öyrənməyi, öz üzərlərində çalışmağı və yüksək hədəflər müəyyənləşdirməyi tövsiyə edib.
 
Görüşün sonunda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlara hədiyyələr təqdim olunub. 






Redaktorun seçimi