“Sülh və həmrəylik: Tarixdən gələcəyə” adlı tədbir keçirilib

Hit: 160
“Sülh və həmrəylik: Tarixdən gələcəyə” adlı tədbir keçirilib
Sülh aylığı çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Sülh və həmrəylik: Tarixdən gələcəyə” adlı tədbir keçirilib
 
Tədbir Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin Hacıqabul bölməsi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirin əsas məqsədi uşaqlar və gənclər arasında sülh, həmrəylik, dostluq, qarşılıqlı hörmət və humanizm dəyərlərinin təbliği, sülh mədəniyyətinin formalaşdırılmasına töhfə vermək olub.
 
Tədbir iştirakçıları əvvəlcə Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış sülh mövzusunda videoçarxa baxıblar.
Tədbirin ən maraqlı və yaddaqalan hissələrindən biri isə Mərkəzdə gənc rəssam tərəfindən şüşə üzərində çəkilmiş “Sülh ağacı” olub. Uşaqlar və gənclər ağacın üzərinə “Sülh mənim üçün...” cümləsini tamamlayan öz arzularını, düşüncələrini və sülhə dair mesajlarını yerləşdiriblər. Beləliklə, hər bir iştirakçının arzusu “Sülh ağacı”nın bir hissəsinə çevrilib.
 
Tədbir çərçivəsində xüsusi hazırlanmış “Sülh sandığı” da iştirakçıların gələcəyə ünvanlanan mesajları ilə doldurulub. Uşaqlar gələcək nəsillərə sülh, əmin-amanlıq və xoşbəxtlik arzularını ifadə edən məktublar yazaraq onları sandığa yerləşdiriblər.
Daha sonra uşaqlar Mərkəzin qarşısında sülh mövzusunda rəsmlər çəkərək öz dünyalarını rənglər vasitəsilə ifadə ediblər. Onların çəkdiyi rəsmlərdə sülh, dostluq, birlik və xoşbəxt gələcəyə olan inam öz əksini tapıb. 
Tədbirin sonunda iştirak edən bütün qonaq və iştirakçılara Təşəkkürnamələr təqdim olunub.
Tədbir iştirakçıları üçün ən unudulmaz məqamlardan biri isə sonda sülh rəmzi olan ağ göyərçinlərin azadlığa buraxılması olub. Göyərçinlərin səmaya yüksəlməsi uşaqların və gənclərin sülh və əmin-amanlıq arzularının simvoluna çevrilib. 






Redaktorun seçimi