Gənclər və İdman Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edir.
Agentlikdən bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 10-da başlanacaq. Müraciət üçün son tarix isə oktyabrın 1-idir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.
Müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.





























































