Taleh Qaraşov şəhid İlham Cəfərovun anasının hüzr mərasimində iştirak edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov I Qarabağ müharibəsində itkin düşmüş, şəhid Cəfərov İlham Cəfər oğlunun anası Cəfərova Sara Kamal qızının vəfatı ilə əlaqədar keçirilən hüzr mərasimində iştirak edib.
İcra başçısı şəhid ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı bildirib ki, Vətən naminə canını fəda etmiş igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı naminə misilsiz qəhrəmanlıqlar göstərərək şanlı bir tarix yazmışlar. Onların bizə əmanət qoyub getdikləri ailələrinə diqqət və qayğı göstərmək isə hər birimizin ən müqəddəs mənəvi borcudur.
Özlərinə qarşı göstərilən dərin ehtiramı yüksək qiymətləndirən şəhid yaxınları, onlardan diqqət və qayğısını əsirgəməyən ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə ediblər.





























































