Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Hit: 169
Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
YAP Gəncə şəhər təşkilatı tərəfindən Vətən müharibəsində şəhid olan şəxslərin bu il birinci sinfə qədəm qoyan övladları ilə görüş keçirilib.
 
Tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin xanım Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, şəhid övladları və onların ailələri iştirak ediblər.
 
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Çıxışlarda şəhid və qazi övladlarının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb, məktəbə ilk dəfə qədəm qoyan uşaqlara təhsillərində uğurlar arzulanıb.
 
Görüş çərçivəsində birinci sinfə gedən şəhid övladlarına müxtəlif məktəb ləvazimatları hədiyyə edilib.
 
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






Redaktorun seçimi