Ağdamda mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib

Hit: 162
Ağdamda mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir. 
 
2026-cı il avqustun 26-da layihə çərçivəsində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
İctimai Birliyin sədri Nadir Cəfərov bildirib ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan və fəaliyyət göstərən şəxslərin mina təhlükəsi barədə məlumatlılığının artırılması, onların təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi və mina hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.
Tədbirdə sakinlər, tikinti-quruculuq və bərpa işlərində çalışan əməkdaşlar, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, onların insan həyatı və sağlamlığı üçün doğura biləcəyi risklər, mina partlayışları nəticəsində baş verə biləcək xəsarətlər, bu xəsarətlərin ağırlıq dərəcəsi və həyat üçün yaratdığı təhlükələr barədə məlumat verilib.
 
Layihə çərçivəsində silsilə tədbirlər avqustun 5-də Ağdam rayonunda, 12-də isə Ağdamın Xıdırlı kəndində keçirilib. Analoji tədbirlər davam edir.
"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyinin “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsi 2026-cı il üzrə
QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin qalibidir






Redaktorun seçimi