Xankəndidə “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi” layihəsi icra olunur
Gənc Psixoloqlar İctimai Birliyi “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrasına başlayıb.
2026-cı il 22-25 avqust tarixlərində layihə çərçivəsində Xankəndidə psixoloqların iştirakı ilə qrup görüşləri və psixoloji maarifləndirmə tədbirləri keçirilib.
İctimai Birliyin sədri Orxan Oruczadə bildirib ki, layihənin məqsədi müharibə iştirakçılarının və müharibənin təsirinə məruz qalmış şəxslərin psixoloji rifahının yaxşılaşdırılmasına, onların emosional dayanıqlılığının gücləndirilməsinə, travmatik təcrübələrin yaratdığı psixoloji təsirlərin azaldılmasına və gündəlik həyata, eləcə də sosial mühitə adaptasiya prosesinin dəstəklənməsinə töhfə verməkdir.
Görüşlər zamanı iştirakçılara stressin idarə olunması, travmatik təcrübələrin psixoloji təsirləri, emosional gərginliyin azaldılması, psixoloji dayanıqlılığın gücləndirilməsi, ailə və sosial münasibətlər, eləcə də yeni yaşayış və sosial mühitə adaptasiya məsələləri ilə bağlı məlumatlar verilib.
Layihə çərçivəsində silsilə tədbirlərin Xocalı və Şuşa şəhərlərində də keçiriləcəyi nəzərdə tutulub.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.


































































