Agentliyin rəhbər şəxsləri üçün "Liderlik və idarəetmə" mövzusunda master-klas təşkil olunub

Hit: 169
Agentliyin rəhbər şəxsləri üçün "Liderlik və idarəetmə" mövzusunda master-klas təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində rəhbər vəzifələrdə çalışan əməkdaşlar üçün "Liderlik və idarəetmə" mövzusuna həsr edilən master-klas təşkil edilib.
 
İnteraktiv mühitdə baş tutan görüş tanınmış ekspert, biznes-konsultant və təlimçi Elşən Bədirxanovun təqdimatında həyata keçirilib. 
 
Tədbirin məqsədi rəhbər heyətin müasir liderlik bacarıqlarını təkmilləşdirmək, komandalararası münasibətləri gücləndirmək və idarəetmədə çevik qərarvermə mexanizmlərini təqdim etmək olub.
 
Master-klas çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real idarəetmə situasiyalarına əsaslanan müxtəlif praktiki keyslər üzərində işləyiblər. 
 
Komanda şəklində aparılan təhlillər zamanı strateji yanaşma, böhran vəziyyətlərində düzgün kommunikasiya və effektiv resurs idarəçiliyi kimi vacib məqamlar müzakirə olunub.






Redaktorun seçimi