Milli parklarda “Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü” ilə bağlı tədbirlər keçirilib

Hit: 159
Milli parklarda “Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü” ilə bağlı tədbirlər keçirilib
“Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü” ilə əlaqədar Şahdağ, Göygöl və Ağgöl milli parklarında ekoloji maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində iştirakçılara təmiz havanın insan sağlamlığı və həyat keyfiyyətinin təmin olunmasında rolu, ətraf mühitin qorunmasının əhəmiyyəti, eləcə də milli parkların və təbii sərvətlərin mühafizəsinin zəruriliyi barədə ətraflı məlumat verilib. Milli parkların zəngin biomüxtəlifliyini və təbiət mənzərələrini əks etdirən foto və məlumatlardan ibarət sərgilər də təşkil olunub.
 
Şahdağ Milli Parkının İsmayıllı bölməsində “Mavi səma, yaşıl təbiət: uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən uşaqlar öz rəsmlərində təmiz havanı, təbiətin gözəlliyini və yaşıl dünyanın yaratdığı rəngarəng mənzərələri təsvir ediblər.
 
Tədbir iştirakçıları, həmçinin milli parkların flora və faunası ilə yaxından tanış olub, təbiətdə canlı aləmi müşahidə etmək imkanı əldə ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsinin təşviqi, ekoloji dəyərlərin cəmiyyətdə təbliği və təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına töhfə verməkdir 






Redaktorun seçimi