Sumqayıtın yüksək ballı məzunları seçimini etdi: - ATU bütün universitetləri geridə qoydu

Hit: 151
Sumqayıtın yüksək ballı məzunları seçimini etdi: - ATU bütün universitetləri geridə qoydu
Sumqayıtın yüksək bal toplayan məzunlarının universitet seçimi ilə bağlı diqqətçəkən statistika açıqlanıb. Azərbaycan Tibb Universiteti (ATU) 600-dən yüksək bal toplayan Sumqayıt məzunlarının ən çox üstünlük verdiyi universitet olaraq ilk sırada qərarlaşıb.
 
2025–2026-cı tədris ili üzrə Sumqayıt şəhərinin məzunları qəbul imtahanlarında yüksək nəticələri ilə diqqət çəkiblər. Şəhər üzrə 237 məzun 600-dən yüksək bal, 91 məzun isə 650 və daha yüksək bal toplayıb.
 
SumqayitXeber.Com-un apardığı statistik araşdırmaya əsasən, yüksək bal toplayan məzunların qəbul olunduğu ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universiteti lider olub.
 
Bu göstərici yüksək nəticə göstərən abituriyentlərin ATU-ya olan marağının yüksək səviyyədə olduğunu ortaya qoyur. Beləliklə, Azərbaycan Tibb Universiteti Sumqayıtın yüksək ballı məzunlarının seçimində Bakı Dövlət Universiteti, ADA Universiteti, UNEC və digər nüfuzlu ali məktəbləri geridə qoyaraq birinci pillədə yer alıb.
 
Sumqayıtın yüksək bal toplayan məzunlarının ən çox seçdiyi universitetlər:
 
1. Azərbaycan Tibb Universiteti
 
2. ADA Universiteti
 
3. Bakı Dövlət Universiteti
 
4. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
 
5. Bakı Ali Neft Məktəbi
 
6. Bakı Mühəndislik Universiteti
 
7. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
 
8. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
 
9. Bakı Avrasiya Universiteti (BANM)
 
10. Qarabağ Universiteti
 
ATU-nun siyahının zirvəsində qərarlaşması diqqətçəkən məqamdır. Bu nəticə həm Azərbaycan Tibb Universitetinin yüksək bal toplayan gənclər üçün cəlbediciliyini, həm də Sumqayıt məzunları arasında tibb ixtisaslarına olan güclü marağı göstərir.
 
Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə qəbul nəticələrində Sumqayıt məktəblərinin məzunları II, III və IV ixtisas qrupları üzrə ölkə səviyyəsində ən yüksək nəticələr sırasında yer alıblar.






Redaktorun seçimi