Yeni tələbələrin ATU-ya ilk addımı: sənəd qəbulu davam edir

Hit: 155
Yeni tələbələrin ATU-ya ilk addımı: sənəd qəbulu davam edir
Minlərlə gənc üçün tələbəlik həyatının ilk mərhələlərindən biri olan sənəd qəbulu prosesi Azərbaycan Tibb Universitetində (ATU) davam edir. 
 
Yeni tələbələri qarşılayan universitet kollektivi onların ATU ailəsinə ilk addımlarının rahat və uğurlu olması üçün bütün zəruri şəraiti yaratmağa çalışır. Qəbul prosesi universitetin müvafiq korpuslarında təşkil olunub. Sənədlərini təqdim etmək üçün müraciət edən abituriyentlərə və onların valideynlərinə qəbul prosesinin bütün mərhələlərində lazımi dəstək göstərilir, sənədlərin düzgün təqdim olunması və rəsmiləşdirilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılır.
 
Ötən müddət ərzində universitetə müraciət edən yeni tələbə və valideynlərin rahatlığının təmin olunması, sənəd qəbulunun operativ və düzgün təşkili diqqətdə saxlanılıb. Universitet əməkdaşları müraciət edən şəxslərə sənədlərin qəbulu ilə bağlı zəruri məlumatları təqdim edərək prosesin mümkün qədər rahat və çevik şəkildə həyata keçirilməsinə kömək göstəriblər. 
 
ATU-ya qəbul olunan tələbələrin nəzərinə bir daha çatdırılır ki, sənədlərin qəbulu 8 sentyabr saat 18:00-da başa çatacaq. Bu səbəbdən sənədlərini hələ təqdim etməyən qəbul olunanların müəyyən edilmiş müddət ərzində universitetə müraciət etmələri xahiş olunur.






Redaktorun seçimi