Tərtərdə toplanan kağız tullantıları Şamaxı regional “ASAN xidmət” mərkəzinə təhvil verilib

Hit: 181
Tərtərdə toplanan kağız tullantıları Şamaxı regional “ASAN xidmət” mərkəzinə təhvil verilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinin “Yaşıl Asan” ekoloji proqramı və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı regional “Asan xidmət” mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Vll “Yaşıl dağ” ekoloji sosial aksiyasına start verilmişdir.
 
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planının müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə Vll “Yaşıl dağ” ekoloji sosial aksiyası çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisindən toplanan 4 ton kağız tullantısı Şamaxı regional “ASAN xidmət” mərkəzinə təhvil verilmişdir.
 
Qeyd edək ki, layihənin keçirilməsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır. Toplanmış kağız tullantıları müqabilində əldə olunmuş vəsait qazilərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.






Redaktorun seçimi