Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında, vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək həyata keçiriləcək.
Müsahibə zamanı namizədlər komissiya tərəfindən aşağıdakı 7 meyar üzrə qiymətləndirilirlər:
Liderlik və strateji idarəetmə
Pedaqoji və tədris
İdarəçilik və təşkilatçılıq
Ünsiyyət və əlaqə
Problemlərin həlli və qərarvermə
Rəqəmsal və texnoloji bacarıqlar
Sosial və emosional bacarıqlar
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi kabinetlərinə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.





































































