Ağdaşda təhsil sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində təhsil sahəsində mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan məsələlərin həlli məqsədilə yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planından irəli gələn vəzifələrin icrası, təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Müzakirələr zamanı təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili, mövcud problemlərin operativ həlli və bu istiqamətdə görülən işlərə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.





































































