Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə keçirilən iclasda, Şuranın üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Şura İclasında ““Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin Yevlax rayonunda icrası”, “Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən keçirilmiş səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılmış məsələlər və onların həlli” və “Yevlax rayonunda bələdiyyə torpaqlarının idarə edilməsinin vəziyyəti” barədə məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər üzrə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında aidiyyəti qurumların çıxışları dinlənilib, geniş müzakirələr aparılıb, səsləndirilən təkliflər nəzərə alınıb, müvafiq qərarlar qəbul edilib.
Məruzədən, çıxışlardan sonra Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələr verib. “Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar vermiş, dövlətin bu sahəyə tətbiq etdiyi güzəştlərlə bağlı istehsalçıların maarifləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin və kənd təsərrüfatı statistikasının dürüsləşdirilməsinin vacibliyini vurğulayıb.






































































