İsmayıllıda vətəndaş qəbulu keçirilib
31 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edib.
Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Qəbul zamanı İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, uşağın müalicəsi və əliliyinin təyin olunmasına köməklik göstərilməsi, eləcə də digər mövzular yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.


































































