Şəhid Zamin Balakişiyevin ailəsi ziyarət edilib - FOTOLAR
Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Əlili şəhid Zamin Balakişiyevin ailəsini ziyarət edib.
Qeyd olunub ki, qəhrəman oğullarımızın şücaəti Vətən torpaqlarının azadlığına qovuşmasında mühüm rol oynayıb və onların hərb meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.
Görüş zamanı şəhid Zamin Balakişiyevin xatirələri də yada salınıb. Məlumat verilib ki, Zamin Balakişiyev 2021-ci il martın 7-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Zamin Balakişiyev martın 8-də Sabirabad rayonunda dəfn olunub.
Şəhid Zamin Balakişiyev daim ön sıralarda gedərək yoldaşlarına ruh yüksəkliyi bəxş edib, döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirib. Onun döyüş meydanında göstərdiyi qəhrəmanlıqla silahdaşlarının yaddaşında unudulmaz iz qoyub.
Allah bütün şəhidlərimizə eəhmət eləsin!


































































