Şirvanda fövqəladə hallara hazırlıq və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib

Hit: 173
Şirvanda fövqəladə hallara hazırlıq və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib
 Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə Hallar Nazirliyi Muğan Regional Regional Mərkəzinin xidməti ərazisində Nazirliyin struktur bölmələri və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə fövqəladə halların proqnozlaşdırılması, riskin qiymətləndirilməsi və fövqəladə halların baş verdiyi və ehtimal olunduğu ərazilərdən əhalinin köçürülməsi, maddi və mədəni sərvətlərin mühafizə olunmasının planlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov, şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə üzvləri iştirakı ediblər.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva fövqəladə halların proqnozlaşdırılması, mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi və belə hallara hazırlığın vacibliyini vurğulayıb. Bildirib ki, əhalinin təhlükəli ərazilərdən vaxtında və təhlükəsiz köçürülməsi, həmçinin maddi və mədəni sərvətlərin mühafizəsi düzgün planlaşdırılmalıdır. Eyni zamanda bu istiqamətdə aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 
Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov çıxış edərək iclasın gündəliyində duran məsələləri iştirakçıların nəzərinə çatdırıb. O, fövqəladə hallara hazırlıq, risklərin qiymətləndirilməsi, əhalinin təhlükəsizliyinin təmin olunması və mümkün təxliyənin planlaşdırılması istiqamətində görüləcək tədbirlər barədə məlumat verib. Həmçinin, regional mərkəz tərəfindən aparılmış yoxlama və monitorinqlər zamanı Şirvan şəhərində aşkar edilmiş problemlər və onların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.
Sonra çıxış edənlər mövzu ətrafında fikir və təkliflərini bölüşərək, şəhər ərazisində fövqəladə hallara hazırlıqla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda mövcud imkanlardan səmərəli istifadə olunması, aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı məsələlərə toxunulub.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi