Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Hit: 151
Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev sentyabrın 4-də Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.
 
Bu barədə Faktor.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 
Qeyd olunub ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
 
Vətəndaşlar 26 avqust - 1 sentyabr tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
 
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.






Redaktorun seçimi