“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Silsilənin davamı olaraq növbəti tədbir şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli və orada təlim tərbiyə alan körpələr iştirak ediblər.
Tədbir çərçivəsində Müəssisənin həyətində körpələr tərəfindən müxtəlif növ çiçək və gül kolları əkilib və suvarılıb































































